Azərbaycanda üzərinə yük maşını aşan 21 yaşlı gəncin faciəli ölümü – Foto

  • 10:05 - 18 Mart

Tovuzda bədbəxt hadisə baş verib.

Avropa.info-nun ONA-ya istinadla verdiyi məlumata görə, hadisə rayonun Əsrik-Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini 21 yaşlı Əli Abbasov yük maşının altında qalaraq dünyasını dəyişib.

Ə. Abbasov atası ilə meşəyə gedərkən "ZİL" markalı yük maşını qəfildən aşıb. Nəticədə maşının yük yerində olan gənc aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü isə gəncin öldüyünü görüb və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

 


Oxunma sayı: 7304

Oxşar yazılar