Azərbaycanlı döyüşçü çeçen rəqibini nokauta saldı - Video

  • 00:12 - 18 Mart

Sankt-Peterbuqda qarışıq döyüş növləri üzrə turnir keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, azərbaycanlı idmançı Tural Rəhimov döyüşlərin birində məğlubedilməz Əhməd Şervaniyevlə qarşılaşıb.

Döyüş ilk raundda başa çatıb. T. Rəhimov rəqibini nokauta göndərərək qələbə qazanıb.

Qeyd edək ki, Ə. Şervaniyev Qroznı şəhərinin “Ahmat” klubunu təmsil edir.

T. Rəhimov 2012-ci ildə Azərbaycandan Sankt-Peterburqa köçüb. O, Ə. Şervaniyevlə döyüşə Bakıda hazırlaşıb.


Oxunma sayı: 9119

Oxşar yazılar