Mafiya liderini öldürən 24 yaşlı gənc tutuldu

  • 16:00 - 17 Mart

ABŞ-da nüfuzlu mafiya ailələrindən sayılan Qambino ailəsinin lideri Françesko Kalinin ölümündə şübhəli bilinən şəxs saxlanılıb.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu barədə Nyu York polisinin rəsmi nümayəndəsi Dermot Şi Tvitter hesabında yazıb.

Onun sözlərinə görə, 24 yaşlı Entoni Komello Nyu Cersi ştatında saxlanılıb. Komellonun Kalini başından vurduğu bildirilir. Entoni Komello tezliklə Nyu York polisinə təhvil veriləcək.


Oxunma sayı: 12947

Oxşar yazılar