Azərbaycan əhalisinin gəlirləri 5%-dən çox artıb

  • 18:55 - 16 Mart

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin gəlirləri ötən ilin eyni dövrünə nisbətən nominal ifadədə 5,1% artaraq 7619,7 mln. manata çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, əhalinin hər nəfərinə düşən gəlir isə illik müqayisədə 4,2% artaraq 772,2 manat təşkil edib.


Oxunma sayı: 13849

Oxşar yazılar