Əlcəzairdə kütləvi aksiyalar yenidən başladı – Buteflikanın istefası tələb olunur

  • 11:13 - 16 Mart

Əlcəzairin bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir.

Avropa.info xəbər verir ki, etirazçıların qarşısını almaq üçün polis su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Polislə toqquşmalarda 11 polis yaralanıb, 70-dən çox adam saxlanılıb. 

Əlcəzairdə hakimiyyətə qarşı etiraz aksiyaları 20 il vəzifədə olan Əbdül Buteflikanın beşinci dəfə prezidentliyə namizədliyini irəli sürməsindən sonra baş vermişdi. Ümumi narazılıq fonunda o, namizədliyini geri götürdü. Lakin seçkiləri qeyri-müəyyən müddətədək təxirə salması və yeni konstitusiya referendumu elan etməsi etirazların yenidən alovlanmasına səbəb olub. Buteflikanın əleyhdarları hesab edirlər ki, o, bu yolla dördüncü dövr prezidentliyini uzatmaq istəyir.

Əlcəzairin yeni baş naziri müxalifəti yeni kabinetə daxil edəcəyini bildirərək, danışıqlara başlayacağını demişdi. Lakin müxalifət hakimiyyətlə dialoqa getməkdən imtina edib.


Oxunma sayı: 8305

Oxşar yazılar