Bakıda dəhşətli yanğın – 2 nəfər diri-diri yandı

  • 16 Mar - 2019

Bakıda binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin bir otağının döşəməsi 1 m² sahədə və içərisində məişət tullantıları 4 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxunma sayı: 385

Oxşar yazılar