ABŞ Beynəlxalq Cinayət Məhkəməsi nümayəndələrinə viza məhdudiyyəti tətbiq edib

  • 15 Mar - 2019

ABŞ hərbçiləri tərəfindən törədilən cinayətlərin istintaqını aparan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) şəxslərinə qarşı rəsmi Vaşinqton martın 15-dən viza məhdudiyyəti tətbiq edir. 

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistlərə bildirib. 

"Amerikalı hərbçilərlə bağlı BCM tərəfindən aparılan bütün istintaq hərəkətlərinə məsul olan hər kəsə qarşı ABŞ-ın viza məhdudiyyətini elan edirəm”, - deyən Ağ Ev rəsmisi sözügedən tədbirin belə istintaqlara təşəbbüs göstərənlərə, onları həyata keçirənlərə də şamil olunduğunu bildirib. Həmçinin İsrail daxil olmaq şərtilə müttəfiq ölkələrin hərbçilərini təqib edənlər barəsində də məhdudlaşdırıcı tədbirlərin tətbiq edilə biləcəyi qeyd olunub. 

“Bu siyasət artıq həyata keçirilməyə başlayıb”, - deyə M.Pompeo əlavə edib.


Oxşar yazılar