ABŞ Rusiyaya qarşı sanksiyalarını genişləndirib

  • 15 Mar - 2019

ABŞ-ın Maliyyə Nazirliyi Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaları genişləndirib.

Sanksiya siyahısına Rusiyanın Sərhəd Xidmətinin rəis müavini, Federal Təhlükəsizlik Xidmətinin (FTX) Krımda və Sevastopolda sərhəd idarəsinin rəisi və rəis müavini, habelə FTX-nin Krım və Sevastopoldakı idarəetmə məntəqəsinin rəisinin adları daxil edilib.

Bununla yanaşı, 8 müəssisənin də adı "qara siyahı"ya salınıb.

 

 

report


Oxşar yazılar