“Sputnik Azərbaycan”da təcili toplantı – Simonyanın əri Azərbaycan jurnalistlərini təhqir elədi

  • 15 Mar - 2019

İlkxeber.org-un əldə etdiyi məlumatlara görə, bu gün “Sputnik Azərbaycan”da təcili toplantı olub. Toplantını Moskvadan gələn, bölgələr üzrə rəhbər Andrey Blaqodırenko aparıb. A.Blaqodırenko “Sputnik”in əsas fiquru olan Marqarita Simonyanın həyat yoldaşıdır. A.Blaqodırenko iclasda bildirib ki, Azərbaycanda Mətin Yaşaroğlunun istefası ilə bağlı qaldırılan ajiotaja heç bir önəm vermir və “Sputnik”in Qarabağla bağlı kursunda heç bir dəyişiklik olmayacaq. A.Blaqodırenko iclasda həmçinin qeyd edib ki, Azərbaycan hakimiyyətinin “Sputnik”i bağlamağa və Əziz Əliyevi kənarlaşdırmağa gücü çatmaz. “Biz Rusiyanı təmsil edirik və Qarabağ və digər məsələlərlə bağlı siyasəti biz müəyyən edirik, sizin hakimiyyət yox”, -deyə A.Blaqodırenko vurğulayıb.

 


Oxşar yazılar