Yeni Zelandiya terrorçusunun qətliamdan öncə yazdığı manifest üzə çıxdı : "İlk öncə Ərdoğanı öldürməliyik..." (Foto)

  • 15 Mar - 2019

Yeni Zelandiyada cümə namazı zamanı məsciddə olan müsəlmanlara hücum edərək 50-yə yaxın müsəlmanı qətlə yetirən xristian terrorçusu Brenton Tarrantın qətliamdan öncə sosial media hesabı vasitəsi ilə bir manifest yaydığı üzə çıxıb. 

Avropa.info xəbər verir ki, terrorçu manifestində hələ kimliyi məlum olmayan qrupa müraciət edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və Almaniya baş naziri Angela Merkelə qarşı terror aktına çağırır. 
 
"Millətlərimizin, irqimizin hər kəsin məlumu olan düşmənləri cəmiyyətlərimizdə sərbəst gəzir, başları dik, özlərinin toxunulmaz olduqlarına inanaraq. Həqiqətdə nə qədər yanıldıqlarını çox yaxında, çox yaxında öyrənəcəklər. Xainlər, xain kimi ölməyi haqq edir. 3 il də davam etsə də, 30 il də davam etsə də, bu insanlar, millətimizə qarşı apardıqları iyrənc hücumların əvəzini ödəməlidirlər. 
 
Siyahının başında irqimizə qarşı olan, anti alman, hər şeyin anası Merkel var. Onun qədər Avropaya zərər verən və almanları təmizləyən yoxdur. 
Ərdoğan isə insanımızın ən köhnə düşməninin ( ehtimal ki Osmanlı dövləti nəzərdə tutulur:red) və Avropadakı ən böyük İslamçı qruplardan birinin lideridir. Bu döyüş ağasının, Avropanı işğal etmiş əsgərlərini ziyarət edərkən qanını tökməliyik. Ərdoğanın ölümü hazırda torpaqlarımızı işğal etmiş türk istilaçılarını, eyni zamanda Türkiyənin regiondakı nüfuzunu zəiflədəcək, Rusiyanın baş düşmənlərindən birini ortadan qaldıracaq və NATO-nu parçalayacaq. 
 
Bunu yazarkən Londonun bələdiyyəsSədri olan Sadık Xan, Britaniya adalarında Britaniya xalqının haqlarından məhrum edilməsinin ən açıq göstəricisi olduğunu deməliyəm. Bu pakistanlı müsəlman istilaçı indi Londonun nümayəndəsi kimi yaşayır. Londinium (Antik London) Britaniya adalarının tam qəlbidir. Ağların yenidən yüksəlişinin bu istilaçını öldürməklə başlaması gözəl olar" - terrorçu Brenton Tarrant qətliamdan öncə belə yazıb.


Oxşar yazılar