İtaliya da hava məkanını “Boeing 737 MAX”-lar üçün bağlamaq qərarına gəlib

  • 15 Mar - 2019

“Efiopiya hava yolları”na məxsus “Boeing 737 Max 8” təyyarəsinin qəzaya uğramasının səbəbləri tam araşdırılanadək İtaliya hava məkanını bu tip təyyarələr üçün bağlamaq qərarına gəlib.

Avropa.info xəbər verir ki, bu barədə İtaliyanın Mülki Aviasiya Agentliyinin rəhbəri Nikola Zakçeo ANSA agentliyinə məlumat verib.

Qeyd edək ki, martın 10-da baş verən qəza nəticəsində həlak olan 157 nəfərdən səkkizi İtaliya vətəndaşı idi.


Oxşar yazılar