Bakıda qətl törədən keçmiş məhkumun məhkəməsi başlayıb

  • 15 Mar - 2019

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bayram Orucovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 19-u saat 4 radələrində Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xətai rayon Polis idarəsinin 34-cü Polis şöbəsinə məlumat daxil olub. Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş B.Orucov saxlanılıb.

 

 

 

report


Oxşar yazılar