Deputat 46 milyon dollar rüşvət işinə görə həbs olundu

  • 15 Mar - 2019

Rusiya Dövlət Dumasının deputatı Vadim Belousov üç milyard rubl (46 milyon dollar) rüşvət almaq ittihamı ilə həbs olunub.

Avropa.info xəbər verir ki, deputatın işinə Yekaterinburq rayon məhkəməsi baxıb. Deputat barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb.

İstintaqın versiyasına görə Belousov 2010-2014-cü illər arasında Çelyabinskin sabiq qubernatoru Mixail Yuryeviçlə birgə holdinqin sədrindən himayə qarşılığında rüşvət alıb. Bunun nəticəsində holdinq xidmət sahəsində keçirilən auksionlarda qalib elan olunub. Rüşvət verən tərəfina damları isə dövlət müəssisələrinin direktorları vəzifəsinə gətirilib. Rüşvətin ümumi məbləği 3 milyard rublu keçib. 

Dövlət Duması Baş prokurorluğun təqdimatı əsasında deputatı mandatdan məhrum edib.

Vadim Belousov Dumaya “Ədalətli Rusiya” partiyasından seçilib.


Oxşar yazılar