Fəxrəddin Manafovun səsləndirilməsi ilə “Azərbaycan baharı” adlı möhtəşəm videoçarx hazırlandı

  • 15 Mar - 2019

Novruz bayramının gəlişi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Atçılıq Federasiyasının üzvləri “Azərbaycan Baharı” adlı videoçarx hazırlayıblar.

Avropa.info xəbər verir ki, çarxın ideya müəllifləri Araz İmanov, Ramin Zamanovdur. 

Çarxın şeiri Rasim Müzəffərliyə, bəstəsi isə Emin Kərimiyə məxsusdur. Şeiri isə xalq artisti Fəxrəddin Manafov canlandırıb. Rejissoru isə Elvin Aşirovdur. 

Video çarxı hazırlayanlar Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Prezidenti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə, Məmmədmirzə Hüseynova, Bakı Şəhər İcra Hakimiyyətinə təşəkkür ediblər. 

Elnur Eltürk


Oxşar yazılar