Avstraliyalı senator məsciddəki qətliamın günahını müsəlmanlarda gördü

  • 15 Mar - 2019

Avstraliyalı senator Freyzer Enninq Kraystçerç şəhərində yerləşən məsciddə baş verən qətliamın səbəbkarı kimi müsəlmanların axınına izin verən Yeni Zelandiyanın miqrasiya qanununu göstərib.

Avropa.info xəbər verir ki, siyasətçinin ksenofob çıxışı barədə “The New Zealand Herald” qəzeti yazıb.

“Kraystçerç küçələrində axan qanın əsl səbəbi müsəlman fanatiklərin Yeni Zelandiyaya gəlməsinə imkan yaradan miqrasiya proqramıdır” – Enninq belə yazıb.

Siyasətçi Avstraliya və Yeni Zelandiya cəmiyyətlərində müsəlmanlar qarşısında “artan qorxu”nun varlığını iddia edib.

Siyasətçinin bəyanatı sosial şəbəkələrdə kəskin tənqidlə üzləşib. Onun bəyanatını həyasız və alçaq hərəkət adlandırıblar.

Qeyd edək ki, bu senator Enninqin bu qəbildən ilk çıxışı deyil. Keçən yay o, hökumətdə çıxış edərək miqrasiya sisteminə yenidən baxılmasına və müsəlman miqrantların ölkəyə girişinin tam qadağa olunmasına çağırmışdı.


Oxşar yazılar