Putin Yeni Zelandiyadakı məscid qətliamı ilə bağlı başsağlığı verdi

  • 15 Mar - 2019

Rusiya prezidenti Vladimir Putin Kraystçerç şəhərində yerləşən məsciddə müsəlmanların qətlə yetirilməsi ilə bağlı Yeni Zelandiya baş naziri Casinda Ardenrnə başsağlığı verib.

Avropa.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Dua etmək üçün yığışan insanlara edilən hücum öz qəddarlığı və həyasızlığı ilə şok edir” – açıqlamda deyilir.

Putin cinayətə aidiyyəti olanların layiqli cəza alacağına ümid etdiyini bildirib. O, ölənlərin yaxınlarına və qohumlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Xatırladaq ki, Yeni Zelandiyada bu gün iki məscidə qarşı təşkil olunan terror hücumunda 49 nəfər qətlə yetirilib.


Oxşar yazılar