Bu zavod Azərbaycana 800 milyon gəlir gətirəcək

  • 15 Mar - 2019

Ötən il Türkiyədə əsası qoyulan "STAR” neft emalı zavodu illik 10 milyon ton neft emal edəcək.

Avropa.info xəbər verir ki, bu sözləri Baş nazir Novruz MəmmədovMilli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Baş nazir bildirib ki, bu zavod ilk 5 il müddətində Azərbaycana 800 milyon, sonrakı müddətdə hər il 600 milyon ABŞ dolları gəlir gətirəcək.

N.Məmmədov qeyd edib ki, ötən il Silahlı Qüvvələrin ən yeni hərbi texnika, o cümlədən, yüksək dəqiqliliyə malik raket sistemləri, pilotsuz uçan aparatlarının radioelektron qurğularla təchiz edilməsi diqqət mərkəzində olub.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin keçən il Naxçıvanda aparılan uğurlu əməliyyat nəticəsində Günnüt yaşayış məntəqəsi işğaldan azad edilib.

Baş nazir ələvə edib ki, ötən il Azərbaycanın müdafiə sənayesi müəssisələrində 1200 növə qədər 250 milyon manat dəyərində məhsul istehsal edilərək sifarişçilərə çatdırılıb. Bu müəssisələrdə istehsal olunan 120 milyon manatlıq məhsul ixrac edilib.

Novruz Məmmədov qeyd edib ki, keçən il cəmiyyətin müxtəlif təbəqələri tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 8,4 milyon manat pul köçürülüb, fonddakı vəsaitlərin ümumi həcmi 96,8 milyon manata çatıb.

"Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təmin edilməsi, habelə şəxsin heyətin döyüş əhvalının hansı səviyyədə olduğunu 2018-ci ildə Bakıda keçirilən iki hərbi paradda nümayiş etdirilib”, - baş nazir bildirib.


Oxşar yazılar