Çavuşoğlu və Lavrov arasında növbəti görüşün yeri və tarixi açıqlandı

  • 15 Mar - 2019

Türkiyə-Rusiya strateji planlaşdırma qrupunun yeddinci iclası 18 martda Antalyada keçiriləcək.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. İclas Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrovun rəhbərliyi altında baş tutacaq.

İclas zamanı tərəflər Türkiyə və Rusiya münasibətlərini müzakirə edəcək, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparacaqlar. Tərəflər arasında sənədlər imzalanacaq.

Qeyd edək ki, Türkiyə-Rusiya strateji planlaşdırma qrupu ali səviyyədə Rusiya-Türkiyə əməkdaşlığı şurasının alt qurumudur .


Oxşar yazılar