Akif Əli vəzifədən azad olunması barədə xəbəri təsdiqlədi

  • 15 Mar - 2019

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli vəzifədən azad olunması barədə xəbərə münasibət bildirib.

Avropa.info xəbər verir ki, Akif Əli “Report”a açıqlamasında Baş nazir Novruz Məmmədova təqaüdə göndərilməsi üçün müraciət etdiyini deyib: “Bir müddət əvvəl cənab Baş nazirdən təqaüdə göndərilməyim üçün xahiş etmişdim. O da müvafiq qərar verdi. Bundan sonra sırf yaradıcılıq fəaliyyəti ilə məşğul olacağam”.

Qeyd edək ki, A.Əlinin təqaüdə göndərilməsi barədə xəbəri ilk olaraq Modern.az saytı yayıb.


Oxşar yazılar