XİN: Yeni Zelandiyada ölənlər arasında azərbaycanlı yoxdur

  • 15 Mar - 2019

Yeni Zelandiyada məscidlərin atəşə tutulması nəticəsində ölən və yaralılar arasında azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Azərbaycanın eyni zamanda Yeni Zelandiyada akkreditasiya olunmuş Avstraliyadakı Səfirliyi bu məsələ ilə bağlı Yeni Zelandiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələri ilə davamlı təmasdadır.   

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məscidə edilən silahlı hücum nəticəsində 49 nəfər ölüb, 48 nəfər xəsarət alıb. 


Oxşar yazılar