Oqtay Əsədov: “Valyuta ehtiyatlarımız 45 milyarda çatıb”

  • 15 Mar - 2019

“2018-ci il ölkəmizin sosial siyasət həyatında ciddi il olub. Ölkə başçısının Nazirlər Kabinetinin ötən ilin yekunları ilə bağlı iclasında söylədiyi kimi, 2018-ci il Azərbaycanda dərin islahatlar ili oldu. Bu islahatların nəticələri göz qarşısındadır. Görülən işlər nəticəsində iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilib”. 

Modern.az xəbər verir ki, bunu spiker Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. 

Spiker söyləyib ki, cari ilin əvvəlində minimum əmək haqları, təqüdlərin, pensiyaların, artırılması və digər sosial addımlar Azərbaycanda həyata keçirilən uğurlu siyasətin, islahatların nəticəsidir. Aparıcı beynəxlalq təşkilatlar tərəfindən də Azərbaycanda həyata keçirilən islahatların yüksək qiymətləndirildiyini deyən O. Əsədov söyləyib ki, Dünya Bankının hesabatında ölkəmiz əvvəlki hesabatlarla müqayisədə 22 pillə irəliyib: 

"Digər hesabatlarda da Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşb. Ötən il bir sıra uğurlu layihələrin icrası ilə yadda qalıb. İqtisadiyyatın şaxələndirilməsi, aqrar sahəyə diqqət daha da artırılıb. 2018-ci ildə valyuta ehtiyatlarımız artaraq 45 milyarda çatıb".


Oxşar yazılar