Trampa öz partiyasından zərbə - Fövqəladə rejim haqda qərarı ləğv olundu

  • 15 Mar - 2019

ABŞ Konqresinin yuxarı palatası Meksika sərhədində fövqəladə rejimin tətbiqi ilə bağlı prezident Donald Trampın qərarının qüvvəsinin dayandırılması barədə qətnaməyə səs verib.

Avropa.info xəbər verir ki, 59 senatordan 12-i qərarın lehinə, 4-i əleyhinə səs verib. Lakin Konqresin qərarı ləğb etməsi Trampın vetosu ilə üzləşə bilər.

Konqresinb fövqəladə hal barədə qərarı ləğv etməsi icraedici hakimiyyətin əsaslarına endirilən ciddi zərbə kimi qiymətləndirilir. Hətta Respublika partiyasının üzvləri belə Trampın öz səlahiyyətlərindən sui-istifadə etdiyini sayır.

Qeyd edək ki, Donald Tramp prezident seçkisi kampaniyasından bu yana Meksika ilə sərhəddə tikməyə söz verdiyi yüzlərlə kilometr uzunluğunda divar üçün əlavə maliyyə tapmaq istəyi ilə sərhəddə fövqəladə rejim qərarı elan etmişdi.


Oxşar yazılar