Baş nazir sərəncam imzaladı: Akif Əli işdən çıxarıldı

  • 15 Mar - 2019

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilıməsi barədə sərəncam imzalayıb. 

Bu barədə Modern.az-a Akif Əliyə yaxın mənbə bildirib. 

Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.

Xatırladaq ki, Akif əli  1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O. 2-ci dərəcə Dövlət müşaviridir.

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.


Oxşar yazılar