Təcili: Yeni Zelandiyada canlı yayımda məscidlərə hücum edildi – Ölənlərin sayı 49-a çatdı (Video/Foto – Yenilənib)

  • 10:56 - 15 Mart

Yeni Zelandiyanın Krasçörç şəhərində iki məscidə hücum nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

***

Yeni Zelandiyanın Kraysstçerç qəsəbəsinin Haqli Park rayonunda yerləşən Əl Nur məscidinə silahlı hücum olub.

Avropa.info xəbər verir ki, hücum zamanı məsciddə cümə namazına yığışan 200 nəfər olub. Yeni Zelandiya baş naziri Jasinda Ardern hecum zamanı 40 nəfərin öldüyünü açıqlayıb. 

Qəsəbəni Linvud məhəlləsində yerləşən məsciddə də silah səsləri eşidilib. Hücum zamanı 3-ü, biri qadın olmaqla 4 nəfər yaralanıb.

Avstraliya baş naziri Morrison saxlanılan 4 nəfərdən birinin Avstraliya vətəndaşı olduğunu deyib. Yeni Zelandiya məhkəməsi ölkədəki məscidlərə qapılarını bağlamağı tövsiyə edib.

Qatilin şotland ailədən çıxan avstraliyalı Brent Tarrant adlı 28 yaşında şəxs olduğu bildirilir. Qatilin hücumla bağlı öz “YouTube” səhifəsində 70 səhifəlik manifest yaydığı bildirilir.

Manifestdə türklərə yönəlik hədə də var: “Torpaqlarınızda sülh içində yaşaya bilərsiniz, sizə zərər dəyməyəcək. Bosfor boğazının şərq tərəfində. Konstantinopolun (red: İstanbul) bütün məscid və minarələrini sökərik. Ayasofya minarələrdən qurtulacaq və Konstantinopol layiq olduğu kimi xristian şəhəri olacaq”.

Qatilin hücum anını sosial şəbəkədə paylaşdığı ortaya çıxıb. Hücum əsnasında silahın maqazinini bir neçə dəfə dəyişdiyi görünür. Maşından enib məscidin qapısından girən kimi atəş açmağa başlayır.


k06Tol16JT0

Oxunma sayı: 13222

Oxşar yazılar