Baş nazir hesabata təbriklə başladı – Yenilənib

  • 10:10 - 15 Mart

Baş nazir Novruz Məmmədov deputatları Novruz Bayramı münasibətilə təbrik edib. Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Baş nazir deyib: 

“Novruz bayramı günləri ərəfəsindəyik. Novruz bayramı Azərbaycan üçün niyyət, istək bayramıdır. Xalqımız buna çox bağlıdır. Fürsətdən istifadə edib, deputatları Novruz bayramı münsaibətilə təbrik edir, hər birinizə can sağlığı arzu edirəm”. 

N. Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı qarşımızda duran əsas prosesdir: 

“Bu işin həyata keçirilməsində sizə uğurlar arzu edirəm”.

***

Azərbaycanın Baş naziri Novruz Məmmədov hesabat verəcək. 

Avropa.info xəbər verir ki, Milli Məclisin bu gün keçiriləcək iclasında Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək. Hesabatı baş nazir Novruz Məmmədov təqdim edəcək.

Qeyd edək ki, bu, Novruz Məmmədovun baş nazir kimi Milli Məclisə təqdim etdiyi ilk hesabat olacaq. 


Oxunma sayı: 7678

Oxşar yazılar