İrəvanda aksiyada qarşıdurma: Deputat yaralandı – Video

  • 15 Mar - 2019

Bu gün Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyasında yerli sakinlərlə polislər arasında qarşıdurma yaşanıb.

Avropa.info azvision.az-a istinadən xəbər verir ki, polis ticarət obyektlərinin sökülməsinə etiraz edən bir qrup şəxsə qarşı zor tətbiq edib. Nəticədə bir neçə nümayişçi xəsarət alıb. 

Məlumata görə, etirazlar zamanı yaralanan 4 nəfər xəstəxanaya müraciət edib. Aksiyada müxalif deputat Naira Zöhrabyanın ayağından xəsarət aldığı deyilir. 

Qeyd edək ki, İrəvanın mərkəzindəki ticarət obyektlərinin sökülməsinə etiraz edən şəhər sakinləri mərkəzi yolu bağlayıblar. Bildiriblər ki, obyektlərin sökülməsi onlarla insanın işsiz qalmasına səbəb olacaq. 


Oxşar yazılar