Bakıda yaşayış binasında yanğın

  • 15 Mar - 2019

Bakıda yanğın qeydə alınıb.

FHN-dən Avropa.info-ya verilən məlumata görə, şəhərin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin ikinci mərtəbəsində qaz sayğacı və elektrik kabeli 5 p.m yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxşar yazılar