Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb - FOTO

  • 14 Mar - 2019

Şəmkir rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə  DİN-nin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, ötən ilin mayında Şəmkir rayon Polis şöbəsinə rayonun Təzəkənd kəndində fərdi yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. Dərhal Şəmkir RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3 135 manat olan məişət əşyaları oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri - 48 yaşlı Afiq Hacıyev, 27 yaşlı İsmət Xəlilov və əvvəllər məhkum olunmuş, 46 yaşlı Əfqan Alyarov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları məişət əşyalarını satdıqlarını deyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Oxşar yazılar