Bolqarıstan Türkiyədə məskunlaşan Suriya qaçqınları üçün daha 3 milyon avro ayıracaq

  • 23:03 - 14 Mart

Suriya məsələsi ilə bağlı Avropa İttifaqı ölkələrinin Brüsseldə görüşü keçirilib. Bolqarıstanın xarici işlər naziri Ekaterina Zahariyeva görüşdə 2019-2023-cü illəri nəzərdə tutan Qaçqınlara Yardım Mexanizmi üzrə Türkiyədə məskunlaşan qaçqınlara ölkəsinin daha 3 milyon avro vəsait ayıracağını deyib.

Görüş çərçivəsində Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Suriya böhranının bir çox aspektlərini müzakirə edirlər.


Oxunma sayı: 10956

Oxşar yazılar