Azərbaycanın xarici ticarət dövriyyəsi 45% artıb

  • 22:22 - 14 Mart

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 5 317,941 milyon ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.

Avropa.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,2% çoxdur.

2 aylıq ticarət dövriyyəsinin 3 152,129milyon dolları ixracın, 2 165,812 milyon dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.

Son nəticədə xarici ticarətdə 986,317 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 30% çoxdur.


Oxunma sayı: 15367

Oxşar yazılar