Çin ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatını təqdim edim

  • 14 Mar - 2019

Çin ABŞ-da ötən il insan hüquqlarının vəziyyətinə dair hesabatını təqdim edib.

 Çin Dövlət Şurasının (Nazirlər Kabineti) İnformasiya Ofisinin hazırladığı hesabat 8 bölmədən ibarətdir. Sənəddə Birləşmiş Ştatlarda insan hüquqlarının müxtəlif aspektlərdə pozulması faktları əksini tapıb. Bura vətəndaşların mülki hüquqlarının pozulması, gəlir bərabərsizliyi, irqi ayrı-seçkilik, uşaqlara, qadınlara və miqrantlara qarşı təhdidlər, habelə birtərəfli "Amerika birincidir" siyasətinin doğurduğu insan haqlarının pozulması halları daxildir. Hesabatda ötən il ABŞ-da insan hüquqlarının pozuntusuna dair xronologiya da əksini tapıb.

Bildirilir ki, silahla törədilən zorakılıq halları ABŞ-da geniş yayılıb. Ötən il 57 min 103 silahlı zorakılıq faktı qeydə alınıb ki, nəticədə 14 min 717 nəfər ölüb, 28 min 172 nəfər yaralanıb.


Oxşar yazılar