Pakistanda bazarda partlayış - 2 ölü, 7 yaralı

  • 14 Mar - 2019

Pakistanın cənubunda Pancqur vilayətindəki bazarların birində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 2 nəfərin öldüyü, daha 7 nəfərin yaralandığı bildirilir.

 

Məlumata görə, ölən şəxslər partlayış baş verən vaxt avtomobildə olub. Yaralananlardan 3 nəfərin vəziyyətinin ağır olduğu qeyd edilir.

Partlayışla bağlı məsuliyyəti hər hansı terror təşkilatı öz üzərinə götürməyib.


Oxşar yazılar