Ərdoğan Avropanın ən böyük şəhər xəstəxanasının açılışını etdi

  • 14 Mar - 2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanın ən böyük şəhər xəstəxanası olan Bilkent Şəhər Xəstəxanasının açılışını edib.

Avropa.info xəbər verir ki, Ərdoğan xəstəxananın açılış mərasimində çıxış edərək əvvəlki hökumətlər dövründə səhiyyə sistemin bərbad vəziyyətindən danışıb:

“Təcili tibbi yardım maşınları dedikləri dörd təkər və karkasdan ibarət mini avtobuslar idi. Mənim də başıma gəlib. Mən də dörd dostumla birgə bu mini avtobusda Boludan Düzcəyə gətirildim. Orada belə bizə serum taxacaq tibb bacısı yox idi. Pulu olan xaricə gedirdi. Olmayan da əzabını burada çəkirdi. 

Xəstəxanalarımızı binadan tutmuş təchizata qədər hər sahədə modernləşdirdik. 1156 xəstəxananın böyük hissəsini də yenidən təmir edərək 1282 yeni xəstəxana inşa etdik. Birinci addımda səhiyyə idarələrimizin sayı 15920-yə çatdı. Səhiyyə işçilərimizin sayını 550 mindən 1 milyon 17 minə qaldırdıq. Həkim və tibb bacısı sayından tomoqrafiya, dializ kimi aparatların sayının artırılmasınadək çox böyük nəticələrə imza atdıq. Təyyarə, vertolyotu və ən müasir cihazlarla təchiz olunmuş 5 min təcili tibbi yardım maşını ortaya qoyduq”.


Oxşar yazılar