Azyaşlılara siqaret satan satıcılar cərimələndi

  • 14 Mar - 2019

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, martın 13-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 1 mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.

Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

​Bu istiqamətdə reydlər davam etdirilir.


Oxşar yazılar