“Twitter”də foto və video paylaşanlara vacib xəbərdarlıq

  • 14:48 - 14 Mart

“Twitter” tvitləri daha məzmunlu və istifadəsini daha rahat təmin etmək üçün yenilənmə aparmağa hazırlaşır.

Avropa.info xəbər verir ki, yenilənmə ilə tvitə əlavə olunan video və fotolarda bir sıra dəyişiklik ediləcək. Dəyişikliklər istifadəçilərə üç mərhələdə təsir edəcək:

- Kameradan istifadə imkanı daha asan olacaq. Tətbiqetməni açıb sola sürüşdürdükdə kamera əlçatan olacaq. Bunun sayəsində sürətli tvit göndərilə biləcək.

- Yenilənmədən sonra foto və videolar daha böyük görünəcək.

- Tvitləri düzgün insanların olduğu düzgün söhbətlərin olduğu məkana cəlb etmək çox rahat olacaq. Hər hansı hadisə ilə bağlı kamera açıqdırsa, onunla bağlı etiket təklif ediləcək.

“Twitter” rəsmisi Keyt Kolman yenilənmələri tvit yazmada təkamül miqyasında addım adlandırıb.


Oxunma sayı: 9328

Oxşar yazılar