"Məscidimiz təmir adı ilə bağlandı, həyətindəki sahələr satıldı, bina isə narkomanların məskəninə çevirildi" - Xudatlı dindarlar Prezident İlham Əliyevə müraciət etdilər

  • 13:18 - 14 Mart

“2001-ci ildən etibarən bizim ibadət etdiyimiz Xudat şəhəri Axundov küçəsində yerləşən Mərkəzi Cümə Məscidi bağladılar. Səbəb olaraq bildirildi ki, guya bina qəzalıdır, təmirə bağlanır. Lakin, 18 ildə məscidi nə təmir etdilər, nə də imkan vermirlər ki, öz vəsaitimiz hesabına təmir etdirək ”.

Bu haqda Xudat şəhəri dindarlarının Avropa.info-ya müraciətində bildirilir. Dindarlar müraciətlərində Prezident İlham Əliyevdən kömək istəyiblər. 

“Məscidimizi işlək formada bağladılar. Bizə bildirdilər ki, məscidin tavanı və döşəməsi sıradan çıxıb, divarlarında çatlar əmələ gəlib. Bu səbəbdən də məscidi təmirə bağlayırıq. Lakin, 18 il ərzində məscid təmir edilmədi. Hazırda biz özümüz məscidin həyətində, həndəvərində təmizlik işləri aparırıq ki, xarabaya çevrilməsin. Amma içəri girib, namaz qıla bilmirik. Bağlandıqan sonra məscidin həyətindəki torpaq sahələri tədricən satılmağa başlandı. Bura geniş bir ərazi idi .

Nümayəndəmiz Tofiq Hüseynov QMİ sədri Allahşükür Paşazadə ilə 2013-cü ildə görüşdü. Söz verilsə də heç bir nəticə olmadı. QMİ sədrinin müavini Hacı Salmanla da görüşdük, nəticə olmadı. Adını qoydular ki, təmirə ehtiyacı var. Məscidin guya günbəzi dəyişilməlidir. Qubada Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı ilə də görüşdük. Mübariz müəllim nümayəndəmizi çox yaxşı qarşıladı. Dedi ki, icma qurun, qeydiyyatdan keçin. . Sonra da DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayevə məscidin sənədləşməsinə kömək elə ki, dini icma yaratmaq mümkün olsun. Eynulla müəllim də yardım edəcəyinə söz verdi. Təssüf ki, xırda bəhanələrlə bizə icma qurmağa da mene törədildi.

Uzun illərdir ki, Xudat şəhərindən 3 km kənarda yerləşən kəndlərdən birində yerləşən məscidə ibadət üçün gedirik. Olmazmı öz məscidimizdə namazımızı qılaq? Məscidi özümüz də təmir etməyə hazırıq. Yetər ki, məscidin açılmasına icazə verilsin. Məsciddə ətrafı təmizləyəndə çoxlu sayda şpris, iynəyə rast gəlirik. Bağlı yerdir, narkomanlar yığışır, axşamlar burada iynə vururlar.Bizim radikallarla da işimiz yoxdur, radikallığa da qarşıyıq. Yeganə arzumuz var ki, məscid açılsın. Dövlətimiz yaxşıdır. Sakitlik, stabillikdir. Biz istəyimiz də budur. Cənab Prezident İlham Əliyev hər zaman vətəndaşların problemlərinin həllinə yardım edir. Biz cənab Prezidentdən xahiş edirik ki, məscidimizin ibadətə açılması haqda əlaqədar orqanlara tapşırıq versin”, deyə Xudat sakinləri müraciətlərində bildirirlər.


Oxunma sayı: 31856

Oxşar yazılar