Novruz Məmmədov Parlamentdə hesabat verəcək – İlk dəfə

  • 14 Mar - 2019

Sabah Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək. İclasda Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat veriləcək.

Virtualaz.org xəbər verir ki, hesabatı Baş nazir Novruz Məmmədovun təqdim edəcəyi gözlənilir. Bu, N.Məmmədovun parlamentə təqdim edəcəyi ilk hesabatdır. Plenar iclasda həmçinin hökumət üzvlərinin də iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Novruz Məmmədov ötən il aprelin 21-də Baş nazir vəzifəsinə təyin edilib. O, bu postda Artur Rasi-zadəni əvəzləyib.


Oxşar yazılar