Türk nazirdən Avropa Parlamentinin qərarına sərt reaksiya

  • 14 Mar - 2019

Türkiyə parlamenti Əbdülhəmid Gül Avropa Parlamentinin hesabatına reaksiya verib.

Avropa.info xəbər verir ki, nazir hesabatı Türkiyəyə qarşı qərəzlilikdə Avropanın öz dəyərlərinə qarşı yadlaşması kimi xarakterizə edib. O, Avropanın bir tərəfdən insan haqları ilə bağlı tələblər irəli sürərkən, digər tərəfdən haqq və azadlıqları qoruyan ictimai sistemə müharibə elan edənlərə dayaq durmağı tarixi ziddiyyət adlandırıb.

Qeyd edək ki, Avropa Parlamenti Türkiyənin Avropa İttifaqı ilə danışıqları dayandırmasını tələb edən hesabatı təsdiqləyib. 


Oxşar yazılar