Bu ölkədə minlərlə uşaq silaha sarılıb

  • 14 Mar - 2019

İnsan Haqları Pozuntuları Montorinq Koalisiyası baş katibi Mutahhar Bodhaiji Yəməndə davam edən müharibədə uşaqların müharibəyə cəlb olunaraq istismar edilməsi ilə bağlı hesabat açıqlayıb.

Avropa.info xəbər verir ki, hesabatda 4 il ərzində 5113 uşağın silahlandığı bildirilir. 

“Yəmənli uşaqlar qaçırma, şiddət və husilərin zorla silahlandırdığı uşaqlar ağır istismara məruz qalıblar. 1600 məktəb tamamilə, yaxud qismən dağıdılıb və 170 məktəb hərbi barak olaraq istifadə edilir” – Bodhaiji belə deyib.

BMT İnsan Haqları Şurasına və beynəlxalq təşkilatlara çağırış edən Bodhaiji silahlı münaqişələr zamanı uşaqlar üçün tam müdafiənin təmin olunmasının vacibliyini deyib.

Xatırladaq ki, Yəməndə 2015-ci ilin martından bu yana müharibə davam edir.


Oxşar yazılar