Rusiyada Qarabağla bağlı təxribatçı kitablar satılır - Foto

  • 22:40 - 13 Mart

Moskva və Sankt-Peterburqun kitab mağazalarında erməniyönlü bələdçi kitabları aşkar edilib.

Virtualaz.org yerli KIV-ə istinadən bildirir ki, “Gürcüstan, Ermənistan və Azərbaycan” adlı kitabda Dağlıq Qarabağ Azərbaycandan ayrı ərazi kimi təqdim edilib. Üstəlik, kitabda Qarabağla bağlı məlumatda buranın erməni mədəniyyətinin bir parçası olduğu, Azərbaycanın buranı öz ərazisi saydığı, eləcə də Qarabağ müharibəsinin xalqda dərin izlər qoymasına rəğmən onların öz “ölkələrini” inkişaf etdirdiyi bildirilib.

Yeni bələdçi kitabının müəllifləri kimi Aleks Cons, Tom Masters, Virciniya Maksvel və Con Nobl göstərilib.


Oxunma sayı: 13079

Oxşar yazılar