Tramp qızı İvanka və kürəkəni Kuşneri Ağ Evdən qovdu

  • 13 Mar - 2019

ABŞ prezidenti Donald Tramp qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerin Ağ Evdən uzaqlaşdırılması üçün sabiq kabinet başçısı Con Kelliyə təlimat verib.

Avropa.info xəbər verir ki, bu iddialar Viki Vardın yazdığı və qarşıdakı həftələrdə çıxması gözlənilən "Kushner Inc." adlı kitabda dərc olunub.

Kitabda Trampın vəzifəyə başlamasından qısa müddət sonra kabinet başçısı Con Kelliyə İvanka Cared cütlüyünün Ağ Evdən uzaqlaşdırılaraq Nyu-Yorka göndərilməsi barəsində təlimat verdiyi bildirilir.

Tramp qızı və kürəkəninin mətbuatda mənfi imic yaratmasından şikayət edərək, “Onlar necə oyun oynamağı bilmir” deyib. 

“New York Times”a məlumat verən mənbələr Trampın bu planına rəğmən İvanka-Cared cütlüyünün Vaşinqtondakı fəaliyyətlərini davam etdirdiyi, Tramp bu arzusunun keçib-getdiyini deyib. 

Kuşnerin vəkili Piter Mirijanian məsələ ilə bağlı açıqlama verərək, kitabdakı iddiaların “səhv və xəyal məhsulu” olduğunu bildirib.


Oxşar yazılar