“Azərbaycan və Ermənistan başçılarının görüşü mütləq baş tutacaq” – Erməni nazir

  • 13 Mar - 2019

Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan başçılarının görüşü mütləq baş tutacaq.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan ATƏT-in fəaliyyətdə olan sədri Slovakiya xarici işlər naziri Miroslav Layçak ilə görüşdə deyib. 

“Biz Minsk qrupu formatında işimizi davam etdirməyə söz verdik və bununla nizamlanma məsələsində nə qədər ciddi olduğumuz göstərə bildik” – o, deyib.

Nazir Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyanın Bratislavada nəzərdə tutulan mümkün görüşü ilə bağlı şərh verərəkən “səfər və iş üçün yaxşı şəhər” adlandırıb.


Oxşar yazılar