Qiymətləndirmə şirkətindən sosial layihələrə dəstək

  • 15:15 - 13 Mart

Azərbaycanda yeni yaradılmış və sıralarında təcrübəli mütəxəssisləri birləşdirən «Vecon» MMC qiymətləndirmə şirkəti ölkədə ilk dəfə olaraq əmlakın qiymətləndirilməsi sahəsində endirim aksiyası elan edib.

Şirkətdən verilən məlumata görə, martın 27-dən başlayacaq aksiya çərçivəsində «Vecon» MMC bazar qiymətlərindən aşağı məbləğ qarşılığında bütün ölkə vətəndaşları üçün sahib olduqları yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsinin təklif edəcək.

Şirkətin bu aksiyası çərçivəsində hər bir vətəndaş endirimli qiymətlə yalnız 1 əmlakını qiymətləndirə bilər. Bakı, Sumqayıt və Abşeron yarımadası ərazilərində hər bir obyektin qiymətləndirilməsi üçün 50 AZN, əyalətlərdə isə nəqliyyat və çatdırılma xərcləri sifarişçi tərəfindən ödənilməsi şərti ilə 50 AZN müəyyən olunur.  Müqayisə üçün bildirək ki, analoji xidmətlərin dəyəri orta hesabla 100-120 manatdan başlayır.

Aksiyanın məqsədi və mahiyyəti ilə bağlı aşıqlama verən «Vecon» MMC-nin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc bildirib ki, aksiya sosial xarakterlidir və şirkət son zamanlar hökumət tərəfindən aktiv şəkildə həyata keçirilən sosial müdafiə xarakterli addımlara - sosial ipoteka kreditlərinin verilməsini asanlaşdıran, uzunmüddətli icarə verilmək şərti ilə ipoteka kreditləri hesabına mənzillərə sahib olmağı planlaşdıran, valyuta ilə verilmiş kreditlərin devalvasiya nəticəsində yaranmış fərqlərinin silinməsi və s. bu kimi qərarlara dəstək verilməsi məqsədi ilə keçirilir: «Aksiya nəticəsində ölkə vətəndaşları sahib olduqları mülkiyyətin bazar dəyəri barədə məlumat əldə edə biləcəklər».

Vətəndaşlar şirkət tərəfindən verilən qiymətləndirmə aktından istənilən halda – kredit götürərkən, girov qoyarkən və sair istifadə edə biləcəklər: «İstənilən nəzərdə tutulmayan hadisələrlə qarşılaşdıqda – banklara kredit üçün müraciət etdikdə, dövlət ehtiyacı üçün mülkləri kompensasiya qarşılığında tələb olunduqda, hər hansı investisiya məqsədli qərarlar qəbul edildikdə «Vecon» MMC tərəfindən verilən hesabatlara əsaslanmaq  mümkündür».

Beynəlxalq qiymətləndirmə standartlarına, yerli qanunlara uyğun şəkildə hazırlanan qiymətləndirmə aktları eyni zamanda vətəndaşlara sahib olduqları mülkün bazar dəyərini bilmək üçün şərait yaradacaq. V. Oruc qeyd edib ki, aksiya uzunmüddətlidir və 2019-cu ilin sonuna kimi davam edəcək.

Cebhe.info


Oxunma sayı: 9812

Oxşar yazılar