Nəcməddin Sadıkov Bolqarıstanın müdafiə naziri ilə görüşdü

  • 13 Mar - 2019

Martın 13-də Sofiya şəhərində Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla Bolqarıstan Respublikası Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – Müdafiə naziri Krasimir Karakaçanov arasında görüş keçirilib.

Bu barədə Avropa.info-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.


Oxşar yazılar