Lənkəran sakini Bakıda tapança ilə tutuldu

  • 19:32 - 12 Mart

Bakıda üzərində “Makarov” markalı tapança gəzdirən Lənkaran sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Lənkəran rayon sakini X.Xəlilov saxlanılıb.

Ondan “Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.

Araşdırma aparılır.


Oxunma sayı: 9119

Oxşar yazılar