Baş nazir: "Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır"

  • 15:27 - 12 Mart

"Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır".

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov bu ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla görüşündə deyib.

Görüş zamanı tərəflər hərbi əməkdaşlığın dərinləşdirilməsi, birgə təlimlərin keçirilməsi, eləcə də hərbi təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Baş nazir qeyd edib ki, Bolqarıstan NATO-nun üzv ölkəsidir və özünün müdafiə qabiliyyətinin inkişafı üçün ciddi səylər göstərir.

Görüşdə, həmçinin Bolqarıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Botsev və müdafiə nazirinin müavini Atanas Zapryanov iştirak ediblər.


Oxunma sayı: 5137

Oxşar yazılar