Əhməd Əhmədzadənin "kəndxuda" dostu Kəlbəcər köçkünlərinin suyunu kəsib : "Bu adamın Levon Məlik - Şahnazaryandan nə fərqi var?"

  • 14:08 - 12 Mart

"Uzun illərdir ki, Kəlbəcərdən olan məcburi köşkünlər Goranboyun Xoylu kəndində 5 ailə olaraq məskunlaşıblar. Hər il bu ailənin üzvüləri su problemi ilə bağlı üz tutmadıqları, müraciət etmədikləri dövlət qrumları qalmır. Bahar fəsli gələndə yenə bu köçkün ailələrin zor günləri təkrarən başlayır."

Bu haqda  Goranboyun Xoylu kəndində məskunlaşan kəlbəcərli köçkünlərin Avropa.info-ya göndərdikləri müraciətdə deyilir. Kəlbəcərli köçkünlər onlara Goranboy su artezian idarəsinin keçmiş rəisi, Xoylu kənd sakini Akif İbrahimov tərəfindən su verilmədiyini bildiriblər.

"Goranboyda məskunlaşan Kəlbəcərli köçkünlərin istifadələrində olan torpaq sahələrinin üzərində həm kəndarası arx , həm də 2 ədəd su artezian nasosu olmasına baxmayaraq sabiq su artezian idarəsinin rəisi Xoylu kənd sakini Akif İbrahimov köçkünlərlə ədavət apararaq onlara su vermir.Köçkünlər dəfələrlə icra başçısı Nizaməddin Quluyevə, eləcədə aidiyyatı dövlət qrumlarına çoxsaylı müraciətlər etsədə problem həllini tapmır. İcra başçısı, Akif İbrahimova gücünün çatmadığını, onun Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin dostu olduğunu bildirir. Goranboy İHB-nın bu cür zəiflik göstərməsi bizdə ikrah hissi doğurur. Necə yəni, minlərlə hektar torpaq sahələrini qamarlayan, dövlətə məxsus olan 8 ədəd artezian nasos qurğularını özününküləşdirən oliqarx "kəndxuda"ya gücüm çatmır?

Bəs dövlət balansında olan artezian qurğularından təkcə Əhməd müəllimin dostu istifadə etməlidir? Ölkə başçısının “Qaçqın və Məcburi köçkünlərin” sosial şəraitlərinin və maddi rifahlarının yaxşılaşdırılması ilə bağlı qəbul etmiş olduğu dövlət proqramı icra hakimiyyəti başçısının zəifliyi ucbatından kəndxuda tərəfindən pozulur. Çox hörmətli Əhməd müəllim, sizn dostunuz olan "kəndxuda"nın Azərbaycana gələn çayların  qarşısını kəsmək ideyasını irəli sürən erməni politoloq Levon Məlik- Şahnazaryandan nə fərqi var? O bu gün bu üsulla bizi yenidən “köçkün” salmaq istəyir. Goranboy su artezian İdarəsinin rəisi Rauf Teyyubova zəng etməkdən bezdirmişik. O da bildirir ki, mənim ona gücüm çatmır" - kəlbəcərli köçkünlərin  müraciətində belə deyilir.

Ərşad /Avropa.info/


Oxunma sayı: 18172

Oxşar yazılar