Nardaran sakininin evindən silah və narkotik çıxdı

  • 12 Mar - 2019

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb.

DİN Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkar edilib.   

Davam etdirilən əməliyyat-axtarış tədbirləri onun evindən əlavə olaraq 1,7 kiloqramdan artıq heroin, habelə 6 ədəd xəncər və kustar üsulla hazırlanmış balta aşkar edilərək götürülüb. Araşdırma aparılır. 

 


Oxşar yazılar