Ukraynada prezident seçkilərində ikinci tura iddialı namizədlər müəyyənləşir

  • 20:55 - 11 Mart

Ukraynada keçiriləcək prezident seçkisi ilə bağlı potensial namizədlər reytinqində şoumen Vladimir Zelenskiy, hazırkı Prezident Petro Poroşenko, sabiq baş nazir, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenko liderlik edirlər. Onların hər üçü seçkilərin ikinci turuna iddialıdır.

Seçkiyə 20 gün qalmış “Reytinq” Sosioloji Qrupun apardığı sorğuya görə, respondentlərin 24,7 faizi V.Zelenskiyə, 18,3 faizi Y.Timoşenkoya, 16,8 faizi isə P.Poroşenkoya səs veriblər.

Sosioloji Qrupun sorğusuna əsasən, səsvermədə iştirakçıların 85 faizi seçki məntəqələrinə gələrək iştirak edəcəklərini açıqlayıblar.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, artıq 5-i digərlərinin xeyrinə namizədliyini geri götürüb.


Oxunma sayı: 11473

Oxşar yazılar