Bakıda polis avtomobilləri qeyri-adi üsulla talayan qardaşları tutub

  • 11 Mar - 2019

Bakıda avtomobilləri qeyri-adi üsulla talamaqda şübhəli bilinən qardaşlar tutulub. 

Avropa.info report-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və RPİ-nin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Rzayev və qardaşı, əvvəllər məhkum olunmuş V.Rzayev saxlanılıblar. 

Rzayevlər xüsusi cihaz vasitəsilə avtomobillərin pultlarının siqnallarını ələ keçirib, avtomobilləri qarət etdikdən sonra isə qapıları kilidləyərək ərazidən uzaqlaşıblar. 

Məlum olub ki, qardaşlar Cinayət Məcəlləsinin müxtəlif maddələrilə axtarışda olub. 

Şübhəli şəxslər ətrafında müvafiq polis idarələrində əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.


Oxşar yazılar